BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - Ən çox yayılan növlər hansılardır?

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb.

 

Pravda.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Məlumata görə, ilk dəfə diaqnoz qoyulan xəstələrin 6 787-si kişi, 8 357-si isə qadın olub.

 

Ayrı-ayrı lokalizasiyalar üzrə ilk dəfə qeydə alınan xəstələrin sayı ağız boşluğu və udlaq xərçəngi üzrə 237, dodaq xərçəngi üzrə 21, qida borusu xərçəngi üzrə 463, mədə xərçəngi üzrə 1 392 nəfər təşkil edib.

 

Bundan başqa, düz bağırsaq, onunla siqmavari bağırsağın birləşməsi və anus nahiyəsinin bədxassəli yenitörəmələri ilə bağlı 832, qırtlaq xərçəngi üzrə 199, traxeya, bronx və ağciyər xərçəngi üzrə 1 480, süd vəzisi xərçəngi üzrə 2 928, dərinin melanoması üzrə isə 47 nəfər ilk dəfə qeydiyyata alınıb.

 

Bu göstəricilər hər gün orta hesabla 41 nəfərə xərçəng xəstəliyi diaqnozu qoyulur.

 

Komitədən verilən məlumata əsasən, 2025-ci ildə tibb müəssisələrində qeydiyyatda olan bədxassəli yenitörəməli xəstələrin ümumi sayı 74 004 nəfər olub.

 

Qeydiyyatda olan xəstələrin 28 026-sı kişi, 45 978-i qadındır.

 

Yaş qrupları üzrə qeydiyyatda olan xəstələrin 952-si 0-17 yaş, 1 603-ü 18-29 yaş, 5 797-si 30-39 yaş, 32 452-si 40-59 yaş, 33 200-ü isə 60 və yuxarı yaş qrupuna aid olub.

Tarix: 11 İyun 2026, 11:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin