BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaya Məmmədov: Ermənistan referendumla Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmalıdır

Ermənistan referendum keçirərək konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmalıdır.

 

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Qaya Məmmədov "Cənubi Qafqazda Yeni Geosiyasi Reallıqlar: Azərbaycan və Sülh Gündəliyi" mövzusunda keçirilən tədbirdə deyib.

 

Onun sözlərinə görə, Azərbaycanın sülh gündəliyi ilə bağlı səyləri təqdirəlayiqdir:

 

"Bundan sonrakı addım Ermənistan konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların aradan qaldırılmasıdır. Bunun zəruriliyi dəfələrlə qeyd olunub. Ermənistan cəmiyyəti vaxtilə həmin konstitusiyanı qəbul etməklə Azərbaycana qarşı ərazi iddiasını rəsmiləşdirib. O baxımdan, Ermənistan referendum keçirərək bu iddiaları aradan qaldırmalıdır".

Tarix: 11 İyun 2026, 11:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin