BURADA REKLAMINIZ OLA
BİLƏR

QMİ: Məhərrəm ayında qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq qəbuledilməzdir

“Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir”.

 

Pravda.az xəbər verir ki, bu barədə  Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası və səlahiyyətli nümayəndələrinin Məhərrəm ayının başlanması ilə əlaqədar müraciətində bildirilib.

 

Qeyd olunub ki, qazılar və imamlar AR “Dini etiqad azadlığı haqqında” Qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər: “Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyildir. Xüsusilə qeyd etmək istərdik ki, Azərbaycan din xadimləri tərəfindən məscidlərdə Vətən sevgisini, milli dəyərlərə sədaqəti, şərəf və ləyaqəti ehtiva edən moizələr və xütbələr oxunmalıdır”.

 

Qeyd edək ki, bu il məhərrəm ayının başlaması miladi təqvimlə 16 iyun, Aşura isə 25 iyun tarixinə təsadüf edəcək.

 

Tarix: 11 İyun 2026, 13:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin