Elm və təhsil naziri Emin Əmrullayevin “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının təqdimatı zamanı səsləndirdiyi “Azərbaycanda üç ildən sonra dərsliklər əhəmiyyətini tamamilə itirəcək, süni intellekt daha yaxşı dərsliklər təqdim edir” fikirləri müzakirəsiz ötüşməyib. Müzakirələr zamanı uşaqların kitabdan uzaq düşməsinin heç də müsbət nəticə verməyəcəyi, onların biliklərinin inkişafında təbii intellektə hər zaman ehtiyac olduğu vurğulanıb.
Təhsil eksperti Afərim Seyidova isə Pravda.az-a açıqlamasında deyib ki, nazirin çıxışından üç il sonra dərsliklərə heç ehtiyac olmayacağı barədə fikir ortaya çıxmır.
Ekspert bildirib ki, hazırda süni intellektin təhsilə və digər sahələrə təsiri qaçılmazdır: “Artıq biz texnologiyasız heç nə edə bilmirik. “Süni intellekt daha yaxşı dərslik tətbiq edəcək, təbii intellekdən üstün olacaq” kimi fikrlər tam doğru deyil. Nazirin fikri bir az təhrif olunub, əslində, bu cür deməyib. Hazırda daim təkmilləşdirilən dərsliklər mövcuddur. Dərsliklərin monitorinqi gedir. Azərbaycan dili və tarix üzrə dərsliklərin daim yenilənməsinə ehtiyac olur. Çünki ictimai həyatda baş verən proseslər dilə və tarixə təsir göstərir. Bu dərsliklər necə yenilənməyə bilər? Elə dərsliklər mövcuddur ki, onların üzərindən süni intellekt daha yaxşı dərslik verir. Deməli, bu da təbii intellektə, mövcud dərslik bazasına əsaslanır. Baza yoxdursa, süni intellekt sıfırdan bizə dərslik vermir. Professorların, müəyyən dərəcəsi olan universitet, məktəb müəllimlərinin - bu sahədə böyük əməyi olan pedaqoji kadrların birgə əməyi sayəsində əldə olunmuş dərsliklərin üzərində süni intellekt təkmilləşmiş dərslik verir. Məsələn, biz üniversitetin müasir Azərbaycan dili dərslikləri əsasında Azərbaycan dili dərsliyi yaratmışıq. Bu, hər il yenilənir. Qəbul proqramları da on il əvvəlki kimi deyil. Alt standartlar yeniləndikcə görürük ki, dərslik də yenilənir. Dərslik tələblərə cavab verməlidir. Tələbi kim yaradır? Alt standart, süni intellekt yaratmır ki. Bunu yaradan insan beyni, insan zəkası, pedaqoqlar, mütəxəssislərdir. Belə çıxır ki, biz süni intellektlə təbii intellektin qarşılıqlı inteqrasiyasından danışmalıyıq. Süni intellektin yaratdığı 10-20% yaradıcılıq təbii intellektə məxsusdur. Beləliklə, yenə də üstün olan təbii intellektdir”.
A.Seyidova hesab edir ki, indiki dərslik kitabları bərbad deyil: “Dərsliklər dövrə uyğun təkmilləşdirilməlidir. Kitabların tərtibində aktuallıq qorunmalıdır. Məsələn, sovet dövründə Cəfər Cabbarlının “Almaz”, “Sevil” əsərləri tədris olunurdu. “Komsomol” poeması indi nə dərəcədə aktualdır? Onda belə çıxır, deyək ki, sovet dövrünün ədəbiyyat kitabları bərbaddır? Xeyr, sadəcə, hazırkı dövrdə “Sevil” obrazı - qadın hüquqsuzluğu o qədər aktual deyil. Bu gün qadın dövlət işlərində, ictimai həyatda fəal mövqe tutur. Dilə daxil olan yeni sözlərə görə də Azərbaycan dili dərslikləri dəyişməlidir. Bilirik ki, ümumxalq dilində gedən proseslər publisistik üsluba, publisistik üslubda gedən dəyişikliklər isə ümumxalq dilinə təsir edir. Şagirdin dilinə yeni söz daxil olmalıdır. Ədəbi dildəki söz arxaikləşibsə, passiv leksikaya keçibsə, onda bu, dərslikdə öz əksini tapmalıdır. Bugünkü dərslikləri heç də bərbad hesab etmirəm. Deyirlər ki, ədəbiyyat dərsliklərinə filan şeir niyə daxil olub? Hazırda altıncı sinif kitabına Mahirə xanımın “Ana dilim” şeiri daxil olub, mükəmməl şeirdir. Niyə həmişə Bəxtiyar Vahabzadənin “Ana dili” şeirini keçməliyik? Bəs uşaq müasir şairləri tanımamalıdır? Hazırda altıncı sinif ədəbiyyat dərslikləri tamamilə dəyişib. Yeni əsərlər salınıb. Bunu təqdirəlayiq hal kimi qiymətləndirirəm”.
Aytəkin Qardaşova
20 İyul 22:46
20 İyul 22:43
20 İyul 22:42
20 İyul 22:23
20 İyul 22:21
20 İyul 20:48
20 İyul 20:32
20 İyul 19:09
20 İyul 19:01
20 İyul 18:56
20 İyul 18:48
20 İyul 18:45
20 İyul 18:37
20 İyul 18:32
20 İyul 18:16
20 İyul 18:05
20 İyul 17:57
20 İyul 17:48
20 İyul 17:37
20 İyul 17:31
20 İyul 17:25
20 İyul 17:16
20 İyul 17:11
20 İyul 17:03
20 İyul 16:58
20 İyul 16:54
20 İyul 16:50
20 İyul 16:40
20 İyul 16:34
20 İyul 16:27
20 İyul 16:25
20 İyul 16:23
20 İyul 16:18
20 İyul 16:06
20 İyul 15:55
20 İyul 15:47
20 İyul 15:45
20 İyul 15:38
20 İyul 15:30
20 İyul 15:20
20 İyul 15:07
20 İyul 15:03
20 İyul 14:57
20 İyul 14:53
20 İyul 14:48
20 İyul 14:33
20 İyul 14:27
20 İyul 14:22
20 İyul 14:19
20 İyul 14:11
20 İyul 14:03
20 İyul 13:59
20 İyul 13:50
20 İyul 13:49
20 İyul 13:44
20 İyul 13:39
20 İyul 13:16
20 İyul 13:12
20 İyul 13:05
20 İyul 13:01
20 İyul 12:51
20 İyul 12:50
20 İyul 12:33
20 İyul 12:33
20 İyul 12:24
20 İyul 12:20
20 İyul 12:17
20 İyul 12:13
20 İyul 12:10
20 İyul 12:09
20 İyul 12:03
20 İyul 11:55
20 İyul 11:51
20 İyul 11:51
20 İyul 11:50
20 İyul 11:44
20 İyul 11:44
20 İyul 11:37
20 İyul 11:26
20 İyul 11:21
20 İyul 11:14
20 İyul 11:11
20 İyul 11:04
20 İyul 11:00
20 İyul 10:47
20 İyul 10:42
20 İyul 10:34
20 İyul 10:28
20 İyul 10:22
20 İyul 10:15
20 İyul 10:08
20 İyul 09:56
20 İyul 09:28
20 İyul 09:27
20 İyul 09:23
20 İyul 09:03
20 İyul 08:51
20 İyul 08:40
20 İyul 08:34
20 İyul 08:31
20 İyul 08:28
20 İyul 08:27
20 İyul 08:22
20 İyul 08:16
20 İyul 08:11
20 İyul 08:07
20 İyul 08:05
20 İyul 04:01
20 İyul 03:50
19 İyul 21:44
19 İyul 21:42
19 İyul 21:37
19 İyul 21:33
19 İyul 20:31
19 İyul 18:41
19 İyul 18:21
19 İyul 18:03
19 İyul 18:00
19 İyul 16:36
19 İyul 16:03
19 İyul 15:35
19 İyul 14:12
19 İyul 13:57
19 İyul 12:22
19 İyul 12:17
19 İyul 12:09
19 İyul 11:44
19 İyul 11:41
19 İyul 11:39
19 İyul 10:41
19 İyul 09:15
19 İyul 09:11
19 İyul 00:16
18 İyul 21:56
18 İyul 21:23
18 İyul 21:13
18 İyul 19:48
18 İyul 19:15
18 İyul 19:03
18 İyul 18:58
18 İyul 18:48
18 İyul 18:40
18 İyul 18:16
18 İyul 18:10
18 İyul 17:49
18 İyul 17:40
18 İyul 17:20
18 İyul 17:10
18 İyul 17:03
18 İyul 16:58
Ən son xəbərləri səhifəmizdən də izləyin