BURADA REKLAMINIZ OLA
BİLƏR

DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub

Futbol üzrə dünya çempionatında Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən A qrupunun görüşü başa çatıb.


Meksikadakı "Mexiko Siti" stadionunda baş tutan DÇ-2026-nın açılış matçı ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.


9-cu dəqiqədə Xulian Kinyones və 67-ci dəqiqədə Raul Ximenes fərqləniblər.


Qeyd edək ki, bu qrupun digər matçı Cənubi Koreya və Çexiya milliləri arasında keçiriləcək. Sözügedən qarşılaşma saat 06:00-da start götürəcək.

***

 

Futbol üzrə dünya çempionatında Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən A qrupunun görüşündə ikinci qol vurulub.


Paytaxt Mexikodakı "Mexiko Siti" stadionunda keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi artırıblar - 2:0.


67-ci dəqiqədə Raul Ximenes fərqlənib.
 

***

 

Futbol üzrə dünya çempionatında Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçirilən A qrupunun görüşündə ikinci hissə başlayıb.


Paytaxt Mexikodakı "Mexiko Siti" stadionunda keçirilən matçda ev sahibləri 1:0 hesabı ilə öndədirlər.


Görüşü braziliyalı FIFA referisi Vilton Sampayo idarə edir.

Tarix: 12 İyun 2026, 00:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin