“Kitabxanalarımız tam rəqəmsallaşa bilməyib. Bu ərəfədə mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, kitabxalaramızda kitabların yarıdan çoxu kiril əlifbasındadır. Sosial şəbəkələrdə də bəzi vətəndaşlar yazırlar ki, məktəblərdə uşaqlara kiril əlifbası öyrədilmədyi üçün gənclər bu kitabları oxuya bilmirlər. Mövcud vəziyyət qaneedici deyil və bu səbəbdən də kitabxanalara gənclərin axını zəifdir. Təhsil naziri isə deyir ki, süni intellektin inkişafı səbəbi ilə tezliklə dərsliklərə ehtiyac qalmayacaq”.
Bu sözləri Pravda.az-a açıqlamasında təhsil eksperti, dosent İlham Əhmədov deyib. Onun sözlərinə görə, gənclərin kitaba həvəsinin azalmasında keyfiyyətsiz təhsil sisteminin, xüsusən də dərsliklərin standartlara uyğun olmamasının da mənfi təsiri olub: “Bu məsələ təkcə əlifba problemi deyil. Burada üç fərqli problem var: sovet dövründən qalan kitab irsi, kitabxanaların modernləşdirilməsi işinin ləng getməsi, təhsil və İKT sahəsində olan dəyişikliklərin mütaliə mədəniyyətinə mənfi təsiri. Niyə kitabların yarıdan çoxu kiril əlifbasındadır? Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra mərhələli şəkildə latın qrafikalı əlifbaya keçdi. Lakin təxminən 70 il ərzində nəşr olunmuş milyonlarla kitab, jurnal, qəzet və elmi mənbələr kiril əlifbasında qaldı. Problem budur ki, kitab fondları yenilənməyib, köhnə fondların rəqəmsallaşdırılması zəif olub, yeni kitabların alınmasına kifayət qədər vəsait ayrılmayıb. Bəzi rayon kitabxanaları hələ də əsasən sovet dövrü fondları ilə fəaliyyət göstərir. Nəticədə kitabxanaya gələn şagird latın qrafikasında kitab axtarır, qarşısına isə əsasən kiril qrafikalı kitablar çıxır. Bu da təbii ki, kitaba marağı azaldır”.
İ.Əhmədov qeyd edib ki, əsas səbəb kiril deyil, köhnəlmiş fondlardır: “Məsələyə yalnız “uşaqlar kirili oxuya bilmir” prizmasından baxmaq düzgün olmazdı. Məsələn, bu gün İngiltərədə XVIII əsr ingilis dilində yazılmış kitabları məktəblilər çətin oxuyur, amma həmin kitablar tarix və arxiv fondu kimi hələ də saxlanılır. Problem budur ki, bizdə bir çox kitabxanalarda arxiv kitab fondu ilə aktiv istifadə fondu bir-birindən ayrılmayıb. Halbuki klassik və nadir kitablar qorunmalı, eyni zamanda gündəlik istifadə fondları da müasir oxucunun tələblərinə uyğunlaşdırılmalıdır. Kitabxanalara uşaq axını niyə azalır? Bunun səbəbi təkcə kiril əlifbasında deyil. Bugünkü uşaq məlumatı telefondan alır, videolara üstünlük verir, süni intellektdən istifadə edir. O, artıq elektron resurslarla işə öyrəşib. Kitabxana yalnız kitab rəflərindən ibarətdirsə, o, artıq rəqabətdə uduzur. Müasir kitabxana rəqəmsal mərkəz, yaradıcılıq məkanı, layihə laboratoriyası, media və texnologiya mərkəzi olmalıdır. Ona görə də indi kitabxanalara “kitabxana-informasiya mərkəzi” deyirlər. İnformasiya cəmiyyətində kitabxanaların rolu daha da artmışdır. Məsələ budur ki, biz nə normal informasiya cəmiyyəti də qura bildik, nə “kitabxana-informasiya mərkəz”ləri yarada bildik, nə də yaxşı təhsil sistemi. Bir çox ölkələrdə isə kitabxanalar artıq “kitab saxlama yeri” deyil, “öyrənmə ekosistemi” kimi fəaliyyət göstərirlər. Bir başqa problemimiz elektron kitabxanalarımızın resurslarının, kitab fondlarının zəifliyidir. Milli kitabxanada elektron kataloq sistemi müəyyən səviyyədə formalaşıb, amma, elektron resursların 90% “müəllif hüquqları” bəhanəsi ilə oxuculara əlyetərli deyillər. Bu gün bütün dünya, BMT, UNESCO açıq elm-təhsil resursların yaradılmasını təbliğ edir. Amma biz öz yarıtmaz işimizi “müəllif hüquqları” bəhanəsi ilə ört basdır etmək istəyirik”.
Mütəxəssis mövcud problemin həll yollarından da bəhs edib: “Kütləvi rəqəmsallaşdırma olmalıdır, kiril qrafikalı kitablar skan edilməli və elektron bazaya köçürülməlidir. “Müəllif hüquqları” bəhanəsi də aradan qaldırılmalıdır. Bəs başqa ölkələrdə bu problemlər necə həll edilir? Süni intellekt artıq mətn tanıya bilir, kirildən latına mətnləri asanlıqla çevirə bilir, köhnə mətnləri redaktə edə bilir. Bu proses əvvəlki dövrlərlə müqayisədə indi xeyli ucuz başa gəlir, gec də olsa, bu məsələlər həll edilməlidir. Təxminən 20 il əvvəl bu sahədə xüsusi dövlət proqramı qəbul edilmişdi. Amma bir çox başqa proqramlar kimi, bu da yarımçıq və keyfiyyətsiz icra edildi. Kitab fondlarının yenilənməsi gərəklidir. Məktəblilər və tələbələr üçün müasir ədəbiyyat, elmi-populyar kitablar, Azərbaycan və dünya bestsellerləri, elektron kitab kolleksiyaları yaradılmalıdır. Səsli kitablar, podkastlar hazırlanmalıdır. Hibrid kitabxana modelinə keçid olmalıdır. Kitabxanada elektron kitablar, audio kitablar, Sİ köməkçiləri, multimedia otaqları olmalıdır. Kiril irsinin qorunması təmin edilməlidir. Kiril qrafikalı kitabların məhv edilməsi düzgün yanaşma deyil. Çünki XX əsr Azərbaycan elm və mədəniyyətinin böyük hissəsi bu əlifba ilə yazılıb. Bu fondlar milli mədəni irs kimi qəbul edilməli, qorunmalıdır”.
Dosent süni intellektin dərslikləri əvəz edib-etməyəcəyindən də danışıb: “Bu fikir son vaxtlar tez-tez səslənir. Təhsil naziri də bu haqda fikir bildirib. Lakin yaxın gələcəkdə tam əvəzlənmə ehtimalı zəif görünür. Süni intellekt məlumat verir, izah edir, fərdi repetitor kimi işləyə bilir, suallara cavab verir. Amma kağız daşıyıcıda olan, normal dərslik kurikulum yaradır, mövzuları sistemləşdirir, biliklərin ardıcıllığını təmin edir, standartlaşdırılmış təhsil bazası yaradır. Əgər dərslik olmazsa, hər şagird fərqli mənbədən fərqli məlumat alacaq. Bu isə vahid təhsil standartlarını zəiflədə bilər. Gələcəyin dərslik modeli çox güman ki, belə olacaq: "Dərslik + Süni İntellekt". Yəni, dərslik əsas xəritə rolunu oynayacaq, süni intellekt isə fərdi müəllim rolunu oynayacaq. Şagird mövzunu dərslikdən öyrənəcək, başa düşmədiyi hissələri isə Sİ-dən soruşacaq. Beləliklə, yaxın 10–20 ildə dərsliklərin tam yox olması deyil, onların rəqəmsal və interaktiv formaya çevrilməsi daha real görünür. Süni intellekt bu problemlərin bir hissəsini həll edə bilər, lakin o, nə kitabı, nə də sistemli təhsili tam əvəz edə biləcək. Ən səmərəli model insan müəllim, keyfiyyətli dərslik və süni intellektin birlikdə işlədiyi modeldir. Beləliklə, görürük ki, Azərbaycanda problem kiril əlifbasının mövcudluğu deyil, problem kitab fondlarının köhnəlməsi, rəqəmsallaşdırmanın ləng getməsi və kitabxanaların XXI əsrin tələblərinə uyğun transformasiya edilməməsidir”.
Xatırlatma: Milli Məclisin Mədəniyyət komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirəsində mədəniyyət nazirinin müavini Fərid Cəfərovun Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə bağlı təqdimatında bildirilib ki, hazırda kitabxanaların 90 faizindən çoxu beynəlxalq standartlara (bina, struktur, xidmət sahəsi və s.) cavab vermir, Azərbaycanda kitabların yarıdan çoxu kiril əlifbasındadır. Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə və tənqidlərə səbəb olub.
Şəhanə Qədirli
13 İyul 16:45
13 İyul 16:40
13 İyul 16:39
13 İyul 16:39
13 İyul 16:34
13 İyul 16:31
13 İyul 16:26
13 İyul 16:21
13 İyul 16:18
13 İyul 16:11
13 İyul 16:05
13 İyul 16:04
13 İyul 16:01
13 İyul 15:50
13 İyul 15:34
13 İyul 15:30
13 İyul 15:22
13 İyul 15:19
13 İyul 15:16
13 İyul 15:10
13 İyul 15:03
13 İyul 14:55
13 İyul 14:51
13 İyul 14:44
13 İyul 14:42
13 İyul 14:39
13 İyul 14:26
13 İyul 14:25
13 İyul 14:18
13 İyul 14:14
13 İyul 14:12
13 İyul 14:06
13 İyul 13:47
13 İyul 13:45
13 İyul 13:41
13 İyul 13:32
13 İyul 13:28
13 İyul 13:28
13 İyul 13:25
13 İyul 13:13
13 İyul 13:12
13 İyul 13:08
13 İyul 13:04
13 İyul 12:57
13 İyul 12:56
13 İyul 12:52
13 İyul 12:51
13 İyul 12:50
13 İyul 12:45
13 İyul 12:42
13 İyul 12:34
13 İyul 12:33
13 İyul 12:32
13 İyul 12:28
13 İyul 12:24
13 İyul 12:22
13 İyul 12:18
13 İyul 12:15
13 İyul 12:14
13 İyul 12:11
13 İyul 12:10
13 İyul 12:09
13 İyul 12:08
13 İyul 11:56
13 İyul 11:55
13 İyul 11:53
13 İyul 11:50
13 İyul 11:48
13 İyul 11:46
13 İyul 11:45
13 İyul 11:41
13 İyul 11:35
13 İyul 11:34
13 İyul 11:30
13 İyul 11:29
13 İyul 11:27
13 İyul 11:26
13 İyul 11:20
13 İyul 11:18
13 İyul 11:17
13 İyul 11:13
13 İyul 11:12
13 İyul 11:11
13 İyul 11:11
13 İyul 11:10
13 İyul 11:02
13 İyul 11:00
13 İyul 10:55
13 İyul 10:53
13 İyul 10:52
13 İyul 10:51
13 İyul 10:48
13 İyul 10:44
13 İyul 10:43
13 İyul 10:41
13 İyul 10:36
13 İyul 10:35
13 İyul 10:32
13 İyul 10:30
13 İyul 10:27
13 İyul 10:21
13 İyul 10:18
13 İyul 10:15
13 İyul 10:10
13 İyul 10:08
13 İyul 10:06
13 İyul 10:05
13 İyul 10:02
13 İyul 09:55
13 İyul 09:50
13 İyul 09:48
13 İyul 09:46
13 İyul 09:39
13 İyul 09:34
13 İyul 09:32
13 İyul 09:27
13 İyul 09:26
13 İyul 09:21
13 İyul 09:18
13 İyul 09:17
13 İyul 09:13
13 İyul 08:36
13 İyul 08:33
13 İyul 08:29
13 İyul 08:28
13 İyul 08:26
13 İyul 08:24
13 İyul 08:22
13 İyul 08:17
13 İyul 08:09
13 İyul 08:05
13 İyul 08:01
13 İyul 07:56
13 İyul 06:56
13 İyul 06:51
13 İyul 06:48
13 İyul 06:45
13 İyul 00:41
12 İyul 21:58
12 İyul 21:20
12 İyul 19:46
12 İyul 17:57
12 İyul 17:49
12 İyul 17:26
12 İyul 17:24
12 İyul 17:19
12 İyul 15:28
12 İyul 15:20
12 İyul 13:40
12 İyul 13:25
Ən son xəbərləri səhifəmizdən də izləyin