BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəmkirdə QƏTL: 28 yaşlı kişi kafedə bıçaqlanaraq öldürüldü

Şəmkirdə 28 yaşlı kişi qətlə yetirilib.

 

Rayon ərazisindəki kafelərdən birində baş verən mübahisə zamanı 1998-ci il təvəllüdlü Fərid Həsənov bıçaq xəsarəti alıb.

 

Zərərçəkmiş xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə F.Həsənovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən 27 yaşlı Sərxan Tağıyev saxlanılaraq istintaqa təhvil verilib.

 

Oxu.az

Tarix: 12 İyun 2026, 10:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin