BURADA REKLAMINIZ OLA
BİLƏR

İşdən çıxarılan Azər Əhmədova yenidən vəzifə verildi

Tanınmış pediatr Azər Əhmədov yeni vəzifəyə təyin olunub.

 

Bununla bağlı sosial mediada məlumat yayılıb.

 

Bildirilib ki, o, “Universal Hospital”ın Tibb Xidmətləri üzrə direktoru təyin edilib.

 

Qeyd edək ki, A.Əhmədov daha əvvəl Respublika Pediatriya Mərkəzinin direktoru vəzifəsində çalışıb. O, mayın 12-də vəzifəsindən azad olunub.

 

Həkim bundan əvvəl K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda direktor müavini vəzifəsində işləyib.

Tarix: 12 İyun 2026, 10:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin