“1990-cı illərin əvvəllərində xalqımız, ölkəmiz üçün ən faciəli dövr olub. 19 may 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldi. Ölkədəki ağır vəziyyət daha da gərginləşdi, dövlət idarəetməsi, demək olar, ləğv olundu, hərc-mərclik... Hakimiyyətə gələnlər nəinki idarəetməni bilmirdilər, hətta nə etmək lazımdır, bunu da bilmirdilər. Belə ağır bir vəziyyət yaranmışdı. Büdcə qəbul olunmamışdı... Büdcə dövlətin əsas sənədlərindən biridir. İl ərzində onun üzərinə düşən işlər necə görüləcək, sosial məsələlər, quruculuq işləri, dövlət işçilərinin məvacibləri, ordu, müdafiə məsələləri - hər birinin maliyyəsi büdcədə əksini tapır. Təsəvvür edin, 1993-cü ilin dövlət büdcəsi qəbul olunmadı. 4 iyun 1993-cü ildə Gəncə hadisələri başladı. Surət Hüseynov məsələ qoydu ki, gəlib Bakıda dar ağacı qoyub iqtidarı asacağam. Bunlar boş sözlər deyildi. Surət Hüseynov hansı rayona gəlirdi, oradakı başçını azad edirdi, yerinə başqasını qoyurdu. Cənubda "Talış Muğan Respublikası" söhbəti getdi. Əlikram Hümbətov adında bir nəfər orada "respublika" yaradırdı. Vəziyyət həddindən artıq gərgin idi. Müharibə gedirdi və Azərbaycan müharibədə lazımi müqaviməti göstərə bilmirdi, nəinki irəli getmək. Onda iqtidar başa düşdü ki, bu işin öhdəsindən gələ bilmir. Dəfələrlə Heydər Əliyevə müraciət etdilər, 1993-cü il 8 iyun tarixində Heydər Əliyev Bakıya gəldi. Onunla uzun-uzadı söhbət aparıldı. Belə fikir var idi ki, Heydər Əliyev gəlsin, ona ikinci dərəcəli vəzifə verilsin, onun təcrübəsindən, biliyindən, nüfuzundan istifadə edib vəziyyəti düzəltsinlər. Heydər Əliyev onları başa saldı ki, belə şey ola bilməz, mənə vəzifə verilməlidir, hər dəfə gəlib sizdən xahiş etməliyəm ki, filan şeyi necə edin? 1993-cü il iyunun 12-də parlamentdə Heydər Əliyevin sədr seçilməsi məsələsi qoyuldu. Artıq hamı razı idi ki, Heydər Əliyev seçilsin, çünki görürdülər, məhv olurlar, ölkə dağılır. Hətta Heydər Əliyev tərəfindən vaxtilə cəzalandırılan insanlar da deyirdilər ki, Heydər Əliyev gəlməlidir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri, Milli Məclis sədrinin keçmiş birinci müavini Arif Rəhimzadə deyib.
A.Rəhimzadə o dövrlə bağlı fikirlərinin davamında bir sıra vacib məqamlara toxunub: “O vaxtkı Prezident Aparatında bir nəfər işləyirdi, adını deməyəcəyəm, içəridən biri idi... Görünür, Heydər Əliyevə qarşı dolaşıq işləri var idi, mətbuatda da materiallar təşkil edirdi. Deyirdi ki, bilirəm, Heydər Əliyev gələndən sonra vəziyyətim pisləşəcək, ancaq buna baxmayaraq, vəzifəyə gəlməlidir. Biz hələ bu məsələdən əvvəl siyahı hazırlayırdıq ki, Heydər Əliyevi Milli Məclisə seçək. Siyahıya imza atanların içində dediyim adam da var idi. Nəhayət, Heydər Əliyevin hakimiyyətə gəlmə ərəfəsində Surət Hüseynovla yaxın olan Rəhim Qazıyev dedi ki, Surət Hüseynovu dinləyib, onun tələblərini nəzərə almayana qədər səs vermənin mənası olmayacaq. Fasilə elan olunurdu, sonra deyirdilər ki, qərara gələ bilmədik, iclası davam edəcəyik. Heydər Əliyev dərhal dedi ki, mən, təxminən, saat 14:00-15:00-da Gəncəyə gedirəm. Milli Məclisin binasının qarşısında avtobuslar da olacaq. Kütləvi informasiya vasitələrini də dəvət edirəm, Gəncəyə gedək, oradakı vəziyyəti araşdıraq. Getdi, Surət Hüseynovu başa saldı, qayıtdı, sonra iyunun 15-də Heydər Əliyev seçildi. Heydər Əliyev seçiləndən sonra, nəhayət, Azərbaycanın üzünə gün doğdu. Silahlı qruplar ləğv olundu, özbaşınalıq, qanunsuzluq aradan götürüldü, ordu yaradıldı. Əməlli-başlı ermənilərlə döyüş aparıldı. Zəngilan istiqamətində döyüş aparılanda Rusiyanın o vaxtkı prezidenti Yeltsin zəng edib Heydər Əliyevə hədə-qorxu gəlmişdi ki, döyüşü saxlasın. Buna baxmayaraq, oldu. Ermənilər də başa düşdülər ki, Heydər Əliyev gəlir və bundan sonra əvvəlki hərbi siyasəti davam etdirmək mümkün olmayacaq, atəşkəs oldu... O vaxt atəşkəs çox vacib idi. Atəşkəs olmasa idi, neft kontraktlarını heç kim bağlamayacaqdı. Neft kontraktları bağlandıqdan sonra Azərbaycana vəsait gəldi, dövlət idarəetməsi bərpa olundu. Bundan sonra Azərbaycanın inkişafı başladı. Heydər Əliyevin Azərbaycan xalqına, dövlətinə bağışladığı ən böyük hədiyyə bu oldu ki, özündən sonra müəllifi olduğu siyasətin davamlılığını təmin edə bildi. Belə bir şey heç də bütün tanınmış dövlət xadimlərinə qismət olmur. İlham Əliyev hakimiyyətə gələndən sonra Heydər Əliyevin qoyduğu bünövrə üstündə Azərbaycanın inkişafı davam etdi, iqtisadiyyatı yüksəltməyə başladı. İlham Əliyev neftin gec-tez qurtarmasını nəzərə alaraq "yaşıl enerji"yə vəsait yönəltdi. İlham Əliyev orduda ən müasir hərbi standartlara nail oldu. Hamımız birlikdə 2020-ci il Qələbəsinin şahidi olduq. Sosial istiqamətdə də böyük işlər aparıldı. 2003-cü ildən 2025-ci ilə qədər yoxsulluq 50%-dən 5%-ə düşdü. İndi çox adam şikayətlənir. Düzdür, çətinliklər var, amma iş burasındadır ki, indiki insanlar özlərini həmişə kimləsə müqayisə etmək istəyirlər. "Kim maşın alıb, ev tikir, imkanı daha genişdir..." Bəli, sovet dövründə, təxminən, hamı bir səviyyədə yaşayırdı, amma indi o dövr deyil. Savadı, təcrübəsi olan, qabaqcıl texnologiyaları öyrənən insanlar çox qazanırlar, ümumi səviyyə də yüksək olur. Odur ki, yoxsulluq səviyyəsinin azalması real məsələdir, boş deyil. Dövlət Statistika Komitəsinin məlumatlarıdır. Azərbacanın beynəlxalq aləmdə nüfuzu ən yüksək səviyyədə tanındı, ölkəmiz BMT-nin Təhlükəsizlik Şurasına üzv seçildi. Sovet İttifaqı ölkələrindən birinci Qazaxıstan üzv olmuşdu, sonra biz olduq. Azərbaycan iki çağırış Qoşulmama Hərəkatına rəhbərlik etdi. Ölkəmiz müstəqil siyasət aparır, heç kimdən asılı deyil. Amerika ilə çox yaxşı münasibətlərimiz var. Buna baxmayaraq, Amerika İranla müharibəni başlayanda Prezident İlham Əliyev açıq və birmənalı dedi ki, bizim ərazilərimizdən İrana heç bir hücum və təhlükə olmayacaq. Biz buna imkan verməyəcəyik. Tək buna görə yox ki, İranda çox sayda azərbaycanlı yaşayır. Bu, Azərbaycanın dövlət siyasətinin əsaslarından biridir. Müstəqil, heç kimə ziyan vurmamaq və heç kimin tabeliyində olmamaq siyasəti!”
Aytəkin Qardaşova
23 İyul 00:26
22 İyul 22:29
22 İyul 22:27
22 İyul 22:23
22 İyul 20:55
22 İyul 20:26
22 İyul 19:27
22 İyul 19:20
22 İyul 18:53
22 İyul 18:47
22 İyul 18:36
22 İyul 18:25
22 İyul 18:12
22 İyul 18:03
22 İyul 17:55
22 İyul 17:47
22 İyul 17:32
22 İyul 17:30
22 İyul 17:17
22 İyul 17:05
22 İyul 17:01
22 İyul 16:59
22 İyul 16:55
22 İyul 16:52
22 İyul 16:49
22 İyul 16:38
22 İyul 16:25
22 İyul 16:21
22 İyul 16:19
22 İyul 16:12
22 İyul 16:06
22 İyul 16:03
22 İyul 16:01
22 İyul 15:46
22 İyul 15:39
22 İyul 15:25
22 İyul 15:21
22 İyul 15:12
22 İyul 15:08
22 İyul 15:04
22 İyul 14:51
22 İyul 14:45
22 İyul 14:40
22 İyul 14:40
22 İyul 14:38
22 İyul 14:33
22 İyul 14:27
22 İyul 14:19
22 İyul 14:12
22 İyul 14:09
22 İyul 14:00
22 İyul 13:55
22 İyul 13:31
22 İyul 13:26
22 İyul 13:07
22 İyul 13:06
22 İyul 12:52
22 İyul 12:41
22 İyul 12:34
22 İyul 12:33
22 İyul 12:26
22 İyul 12:18
22 İyul 12:11
22 İyul 12:03
22 İyul 11:46
22 İyul 11:36
22 İyul 11:20
22 İyul 11:08
22 İyul 11:02
22 İyul 10:52
22 İyul 10:45
22 İyul 10:42
22 İyul 10:21
22 İyul 10:19
22 İyul 10:14
22 İyul 10:11
22 İyul 10:03
22 İyul 09:57
22 İyul 09:20
22 İyul 08:45
22 İyul 08:40
22 İyul 08:37
22 İyul 08:33
22 İyul 08:28
22 İyul 08:23
22 İyul 08:23
22 İyul 08:22
22 İyul 08:20
22 İyul 08:16
22 İyul 08:12
22 İyul 08:08
22 İyul 08:04
22 İyul 07:44
22 İyul 07:39
22 İyul 07:37
22 İyul 07:35
22 İyul 00:09
21 İyul 22:00
21 İyul 21:07
21 İyul 20:45
21 İyul 20:16
21 İyul 19:33
21 İyul 19:24
21 İyul 19:20
21 İyul 19:08
21 İyul 18:58
21 İyul 18:52
21 İyul 18:36
21 İyul 18:25
21 İyul 18:08
21 İyul 18:03
21 İyul 18:01
21 İyul 17:40
21 İyul 17:18
21 İyul 17:15
21 İyul 17:11
21 İyul 17:09
21 İyul 17:03
21 İyul 16:55
21 İyul 16:55
21 İyul 16:50
21 İyul 16:49
21 İyul 16:42
21 İyul 16:37
21 İyul 16:32
21 İyul 16:19
21 İyul 16:15
21 İyul 16:15
21 İyul 16:13
21 İyul 16:11
21 İyul 16:11
21 İyul 16:11
21 İyul 16:10
21 İyul 16:07
21 İyul 16:02
21 İyul 15:59
21 İyul 15:58
21 İyul 15:54
21 İyul 15:51
21 İyul 15:48
21 İyul 15:47
21 İyul 15:43
21 İyul 15:43
21 İyul 15:37
21 İyul 15:34
21 İyul 15:28
21 İyul 15:25
21 İyul 15:19
21 İyul 15:17
21 İyul 15:13
Ən son xəbərləri səhifəmizdən də izləyin