BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda toy pulu ilə bağlı YENİLİK - Sonda qəbz də verilir - VİDEO

Azərbaycanda şadlıq saraylarından birində qeydə alınan görüntülər böyük marağa səbəb olub.

 

Yayılan kadrlarda toy keçirilən zalın dəhlizində üzərində “Oğlan evi” yazılmış “Toypay” adlı aparatın quraşdırıldığı görünür.

 

Belə ki, qonaqlar toya pulu ənənəvi üsulla deyil, məhz bu aparat vasitəsilə yazdırırlar.

 

Məlumata görə, sözügedən görüntülər Şəmkirdə yerləşən “Gold Palace” restoranına aiddir. Bildirilir ki, toyun sonunda restoran tərəfindən toy sahibinə A4 formatında ətraflı siyahı təqdim olunur. Hesabatda ödənişlərin məbləği və vaxtı saniyəsinə qədər qeyd edilir.

 

Bundan əlavə, ödəniş edildikdən dərhal sonra pul yazdıran şəxsə çek təqdim olunur.Bakupost

 

 
Tarix: 12 İyun 2026, 16:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin