BURADA REKLAMINIZ OLA
BİLƏR

Təhsil üçün kredit alan tələbələrin SAYI

Təhsil Tələbə Krediti Fondu (TTKF) fəaliyyətə başladığı dövrdən etibarən indiyədək 101 mindən çox müraciət qəbul edib, 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib.

 

Bu barədə TTKF-dən məlumat verilib. Bildirilib ki, rəsmiləşdirilmiş kreditlərin təxminən 65 faizini (55 mindən çox) standart, 35 faizini (29 mindən çox) isə sosial təhsil tələbə kreditləri təşkil edir. Qeyd olunub ki, təhsil tələbə kreditlərindən ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisas təhsili pilləsində, eləcə də peşə təhsili pilləsinin texniki və yüksək texniki peşə təhsili səviyyələrində əyani və ödənişli əsaslarla təhsil alan şəxslər yararlana bilirlər.

 

Hazırda 2025/2026-cı tədris ilinin yaz semestri üzrə müraciətlərin qəbulu davam edir və proses semestrin sonunadək açıq olacaq.AZƏRTAC

Tarix: 12 İyun 2026, 17:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin