BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın tanınmış yazıçısı Türkiyə vətəndaşı ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etdi - FOTO

Azərbaycanın tanınmış yazıçısı Etimad Başkeçid Türkiyə vətəndaşı İbrahim Turan ilə bağlı hər iki ölkənin hüquq mühafizə orqanlarına müraciət edib.

 

Pravda.az-ın xəbərinə görə, E.Başkeçid məsələni özü ictimailəşdirib.

 

Yazıçı bildirib ki, İ.Turan onun yaxın qohumlarını kibercinayətə və mənəvi terrora məruz qoyur: “Bir ailə başçısı və ziyalı olaraq, hazırda ailəmizə qarşı törədilən ciddi bir kibercinayət və mənəvi terror barədə ictimaiyyəti və aidiyyəti orqanları məlumatlandırmağı borc bilirəm. Bacım qızı vaxtilə Türkiyə Respublikasının Qaziantep şəhər sakini olan İbrahim Turan adlı şəxslə ailə həyatı qurmuş, bu izdivacdan iki övladları dünyaya gəlib. Lakin həmin şəxsin narkotik aludəçisi olması səbəbindən ailə tamamilə dağılmış, rəsmi boşanma prosesi başa çatmış və bacım qızı övladları ilə birlikdə Azərbaycana geri dönüb. Hazırda qanunla heç bir qohumluq və ailə bağımız qalmayan bu şəxs sosial şəbəkələrdə (xüsusilə “Facebook” platformasında) ailəmizin şərəf və ləyaqətini ləkələyən, ağır təhqir, şantaj və böhtan xarakterli sistemli paylaşımlar edir, kibertəqib həyata keçirir. Bir Azərbaycan vətəndaşı və ziyalısı olaraq, Türkiyə Respublikasının qanunvericiliyinə (TCK Madde 125 - Hakaret və TCK Madde 123/A - Israrlı Takip) əsasən açıq-aşkar cinayət törədən bu şəxs barəsində təcili hüquqi tədbirlərin görülməsini xahiş edirəm. Azərbaycan və Türkiyə arasındakı yüksək hüquqi-mədəni əlaqələrə güvənərək, məsələni rəsmi diplomatik nümayəndəliyin diqqətinə çatdırıram”.

Fotoları təqdim edirik
Tarix: 12 İyun 2026, 20:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin