BURADA REKLAMINIZ OLA
BİLƏR

Xalq artistinin gözlənilməz "qonağı" - VİDEO

Xalq artisti  Gülyanaq Məmmədovanın evində maraqlı və gülməli an yaşanıb.

 

Hadisə onun Şəkidəki evində çəkiliş zamanı baş verib.

 

"Bir gün" verilişini  çəkiliş prosesində qapının döyüldüyünü düşünən sənətçi ehtiyatla qapını açıb. Lakin o, qarşısında gözlədiyi qonağı deyil, həyətə daxil olan bir inəyi görüb.

 

Gözlənilməz "qonaq" sənətçini təəccübləndirməklə yanaşı, gülməsinə də səbəb olub. Hadisə çəkiliş heyəti tərəfindən də maraqla qarşılanıb və xoş əhval-ruhiyyə yaradıb.

 

Bu anların görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilər tərəfindən gülməli və səmimi bir epizod kimi qiymətləndirilib./milli.az/

 

 

Tarix: 16 İyun 2026, 18:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin