BURADA REKLAMINIZ OLA
BİLƏR

Gəncədə müğənni qəzaya düşdü

Gəncədə Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova avtomobil qəzasına düşüb.

 

Pravda.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə şəhərin Mikayıl Muşfiq və Şota Rustavelli küçələrinin kəsişməsində qeydə alınıb.

 

İlkin məlumata görə, M.Cəfərovanın sükan arxasında olduğu "Jetour" markalı avtomobil Habil Əbdürrəhmanovun idarə etdiyi "Prius" markalı avtomobillə toqquşub. Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib.

 

Məlumat üçün bildirək ki, Mehparə Cəfərova Gəncə Dövlət Filarmoniyasının solistidir.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 16 İyun 2026, 23:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin