BURADA REKLAMINIZ OLA
BİLƏR

Fransa millisi dünya çempionatına qələbə ilə başlayıb

Fransa milli futbol komandası dünya çempionatının qrup mərhələsində Seneqal komandasını 3-1 hesabı ilə məğlub edib.

 

Görüş ABŞ-nin İst-Raterford şəhərindəki "MetLife" stadionunda baş tutub.

 

Qalib komandanın heyətində qolları Kilian Mbappe (66-cı və 90+6-cı dəqiqələr) və Bredli Barkola (82) vurub. Məğlub komandada İbrahima Mbaye (90+5) fərqlənib.

 

Fransa komandası üç xal toplayaraq I qrupunda birinci yerdə qərarlaşıb. Norveç və İraq da bu qrupda yer alır.

Tarix: 17 İyun 2026, 02:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin