Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Araz Səfərzadənin (soyadı şərtidir) cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, hadisə 2025-ci ilin əvvəlində Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində baş verib.
Belə ki, Araz Səfərzadə həmin evdə ailə üzvləri, o cümlədən qardaşı, zərərçəkmiş Əhməd Səfərzadə (soyadı şərtidir) ilə birlikdə yaşayıb.
Gecə saat 03 radələrində ailə üzvləri arasında mübahisə yaranıb. Mübahisənin səbəbi zərərçəkmiş Əhməd Səfərzadənin anasına qarşı hörmətsizlik edilməsinə etiraz etməsi və bu davranışa son qoyulmasını tələb etməsi olub.
Zərərçəkmiş şəxs qardaşına irad bildirib və bu səbəbdən tərəflər arasında sözlü mübahisə yaranıb.
Təqsirləndirilən şəxs yaranmış vəziyyətdən əsəbiləşərək mətbəxə keçib və oradan bıçaq götürüb. Hadisə zamanı tərəflərin bacısı da evdə olub və baş verənləri öz gözləri ilə müşahidə edib.
Araz bacısının gözü qarşısında qardaşına bıçaqla hücum edib. O, əlində olan mətbəx bıçağı ilə Əhmədin qarın nahiyəsinə bir dəfə zərbə endirib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsə qarın boşluğuna nüfuz edən, qaraciyərin zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yara xəsarəti yetirilib.
Ekspertiza həmin xəsarətin insan həyatı üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurma əlamətlərinə malik olduğunu müəyyən edib.
Araşdırmalar zamanı məlum olub ki, hadisədən dərhal sonra zərərçəkmiş şəxsin vəziyyəti ağırlaşıb və ona təcili tibbi yardım göstərilməsi zərurəti yaranıb.
Yaralı xəstəxanaya çatdırılıb və həkimlərin müdaxiləsi nəticəsində həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı hesab edib ki, Araz heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə hərəkət edib və qardaşının sağlamlığına qəsdən ağır zərər vurub.
Toplanmış sübutlar, şahid ifadələri, ekspertiza rəyləri və digər materiallar əsasında ona müvafiq maddələrlə ittiham elan olunub.
Məhkəmə istintaqı zamanı Əhməd Səfərzadə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
O, ifadəsində hadisənin baş verdiyini təsdiqləsə də, ittihamda göstərilən bəzi hallarla razılaşmadığını söyləyib.
Məhkəmə iş üzrə toplanmış sübutları, şahid ifadələrini, ekspertiza rəylərini və tərəflərin mövqelərini araşdırdıqdan sonra ittihamın hüquqi tövsifi ilə bağlı nəticəyə gəlib.
Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxsin əməlində ona ittiham verilən Cinayət Məcəlləsinin 126.2.3-cü və 126.2.4-cü maddələrində nəzərdə tutulan ağırlaşdırıcı hallar tam təsdiqini tapmayıb. Bu səbəbdən məhkəmənin hökmü ilə onun əməli Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələrindən həmin Məcəllənin 126.1-ci maddəsinə, yəni qəsdən sağlamlığa ağır zərər vurma cinayətinə tövsif edilib. Hökmə əsasən, Əhməd Səfərzadə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib və ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Kamal Məmmədov
16 İyul 17:46
16 İyul 17:35
16 İyul 17:21
16 İyul 17:00
16 İyul 16:59
16 İyul 16:55
16 İyul 16:49
16 İyul 16:40
16 İyul 16:32
16 İyul 16:24
16 İyul 16:04
16 İyul 16:02
16 İyul 15:59
16 İyul 15:54
16 İyul 15:50
16 İyul 15:29
16 İyul 15:26
16 İyul 15:22
16 İyul 15:18
16 İyul 15:09
16 İyul 15:03
16 İyul 14:51
16 İyul 14:36
16 İyul 14:29
16 İyul 14:23
16 İyul 14:18
16 İyul 14:15
16 İyul 14:05
16 İyul 13:58
16 İyul 13:45
16 İyul 13:41
16 İyul 13:35
16 İyul 13:28
16 İyul 13:26
16 İyul 13:23
16 İyul 13:09
16 İyul 13:06
16 İyul 12:48
16 İyul 12:41
16 İyul 12:34
16 İyul 12:29
16 İyul 12:21
16 İyul 12:19
16 İyul 12:15
16 İyul 12:07
16 İyul 12:01
16 İyul 11:51
16 İyul 11:49
16 İyul 11:33
16 İyul 11:32
16 İyul 11:28
16 İyul 11:23
16 İyul 11:21
16 İyul 11:13
16 İyul 11:08
16 İyul 11:06
16 İyul 11:00
16 İyul 10:56
16 İyul 10:51
16 İyul 10:46
16 İyul 10:37
16 İyul 10:31
16 İyul 10:19
16 İyul 10:02
16 İyul 09:57
16 İyul 09:48
16 İyul 09:44
16 İyul 09:38
16 İyul 09:15
16 İyul 08:55
16 İyul 08:36
16 İyul 08:31
16 İyul 08:27
16 İyul 08:25
16 İyul 08:18
16 İyul 08:17
16 İyul 08:15
16 İyul 08:11
16 İyul 08:09
16 İyul 08:06
16 İyul 08:06
16 İyul 08:03
16 İyul 08:03
16 İyul 07:59
16 İyul 07:39
15 İyul 21:55
15 İyul 21:37
15 İyul 21:35
15 İyul 21:34
15 İyul 19:51
15 İyul 19:18
15 İyul 18:57
15 İyul 18:51
15 İyul 18:46
15 İyul 18:37
15 İyul 18:33
15 İyul 18:24
15 İyul 18:21
15 İyul 18:16
15 İyul 18:13
15 İyul 18:06
15 İyul 18:05
15 İyul 17:56
15 İyul 17:46
15 İyul 17:33
15 İyul 17:24
15 İyul 17:20
15 İyul 17:06
15 İyul 17:01
15 İyul 16:56
15 İyul 16:50
15 İyul 16:48
15 İyul 16:30
15 İyul 16:28
15 İyul 16:25
15 İyul 16:15
15 İyul 16:14
15 İyul 16:12
15 İyul 16:11
15 İyul 16:06
15 İyul 16:05
15 İyul 15:58
15 İyul 15:52
15 İyul 15:47
15 İyul 15:41
15 İyul 15:38
15 İyul 15:34
15 İyul 15:30
15 İyul 15:20
15 İyul 15:16
15 İyul 15:09
15 İyul 15:01
15 İyul 14:59
15 İyul 14:57
15 İyul 14:51
15 İyul 14:47
15 İyul 14:44
15 İyul 14:41
15 İyul 14:39
15 İyul 14:35
15 İyul 14:33
15 İyul 14:25
15 İyul 14:19
15 İyul 14:13
15 İyul 14:09
15 İyul 13:30
15 İyul 13:21
15 İyul 13:13
15 İyul 13:10
15 İyul 13:04
Ən son xəbərləri səhifəmizdən də izləyin