Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İbrahimxəlil Məcidovun (soyadı şərtidir) cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttiham aktına əsasən, hadisə 2025-ci ilin fevral ayında paytaxt ərazisində, təqsirləndirilən şəxsin yaşadığı fərdi yaşayış evində baş verib.
Cinayət işi materiallarında göstərilir ki, İbrahimxəlil Məcidov və zərərçəkmiş Musa Dadaşov (soyadı şərtidir) yaxın qohum olublar.
Belə ki, zərərçəkmiş şəxs onun dayısı oğlu olub və bir müddətdir eyni evdə yaşayırmış. Hadisə günü tərəflər evin mətbəxində olublar. Mübahisə məişət zəminində qeydə alınıb. İbrahimxəlil burnunu salfetlə silərək həmin salfeti zibil qutusuna atması üçün zərərçəkmiş şəxsə vermək istəyib. Musa bu hərəkəti ona qarşı hörmətsizlik kimi qəbul edib və tərəflər arasında sözlü mübahisə yaranıb.
Mübahisə qısa müddət sonra fiziki qarşıdurmaya çevrilib. Tərəflər əlbəyaxa olmağa başlayıblar. Səs-küyü eşidən ev sahibi onların yanına gələrək tərəfləri sakitləşdirməyə çalışıb və mübahisənin qarşısını alıb.
Lakin bundan sonra tərəflər arasında gərginlik davam edib.
Musa İbrahimxəlilin ünvanına təhqiredici ifadələr işlədib. Bu səbəbdən təqsirləndirilən şəxs əsəbiləşib və mətbəxdə masanın üzərində olan bıçağı götürüb. O, həmin bıçaqla Musanın qarın nahiyəsinə bir dəfə zərbə endirib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsə qarın boşluğuna nüfuz edən, böyük piyliyi zədələyən kəsilmiş-deşilmiş yara xəsarəti yetirilib.
Zərbə aldıqdan sonra Musa yerə yıxılıb.
Hadisədən dərhal sonra evdə olan şəxslər köməyə gəliblər. Təqsirləndirilən şəxsin atası vəziyyəti gördükdən sonra təcili tibbi yardıma məlumat verib. Bir neçə dəqiqə sonra hadisə yerinə gələn həkim briqadası zərərçəkmiş şəxsi xəstəxanaya aparıb və ona tibbi yardım göstərilib.
Hadisədən sonra polis əməkdaşları da evə gəliblər.
İbrahimxəlil hadisə zamanı istifadə etdiyi bıçağı polis əməkdaşlarına könüllü şəkildə təqdim edib.
Məhkəmə iclasında o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
İbrahimxəlil ifadəsində deyib ki, Musa onun dayısı oğludur və aralarında əvvəllər hər hansı ciddi problem olmayıb. Onun sözlərinə görə, zərərçəkmiş şəxs təxminən səkkiz aydır onların evində yaşayırmış.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə zamanı Musanın ona qarşı davranışı və sonradan işlətdiyi təhqiramiz ifadələr onun əsəbiləşməsinə səbəb olub.
İbrahimxəlil həmin an emosiyalarına hakim ola bilmədiyini, bıçağı götürərək zərərçəkmiş şəxsə bir dəfə zərbə vurduğunu etiraf edib.
Təqsirləndirilən şəxs ifadəsində törətdiyi əməldən peşman olduğunu, hadisədən sonra özü də zərərçəkmiş şəxsə kömək göstərilməsinə çalışdığını bildirib.
Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs də ifadə verib.
O, bildirib ki, hadisə günü bibisi oğlu ilə arasında yaranmış mübahisə nəticəsində qarşıdurma baş verib.
Zərərçəkmiş şəxsin sözlərinə görə, əvvəlcə tərəflər arasında əlbəyaxa dava olub, daha sonra onlar sakitləşdiriliblər.
Lakin sonradan mübahisə yenidən davam edib. O qeyd edib ki, təqsirləndirilən şəxs mətbəxdə olan bıçağı götürərək ona yaxınlaşıb və qarın nahiyəsinə zərbə vurub. Aldığı zərbədən sonra yerə yıxılıb və qısa müddət ərzində qanaxma başlayıb. Hadisədən sonra İbrahimxəlil kömək çağırıb və ailə üzvləri təcili tibbi yardım xidmətinə məlumat veriblər.
Məhkəmə iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
Kamal Məmmədov
10 İyul 23:33
10 İyul 20:12
10 İyul 19:57
10 İyul 19:43
10 İyul 19:21
10 İyul 19:06
10 İyul 18:54
10 İyul 18:44
10 İyul 18:40
10 İyul 18:08
10 İyul 18:04
10 İyul 17:59
10 İyul 17:52
10 İyul 17:49
10 İyul 17:46
10 İyul 17:40
10 İyul 17:33
10 İyul 17:27
10 İyul 17:09
10 İyul 16:43
10 İyul 16:40
10 İyul 16:32
10 İyul 16:23
10 İyul 16:21
10 İyul 16:12
10 İyul 16:03
10 İyul 15:53
10 İyul 15:47
10 İyul 15:47
10 İyul 15:32
10 İyul 15:30
10 İyul 15:26
10 İyul 15:19
10 İyul 15:10
10 İyul 14:53
10 İyul 14:52
10 İyul 14:47
10 İyul 14:40
10 İyul 14:30
10 İyul 14:24
10 İyul 14:19
10 İyul 14:16
10 İyul 14:14
10 İyul 14:08
10 İyul 14:03
10 İyul 13:45
10 İyul 13:42
10 İyul 13:41
10 İyul 13:38
10 İyul 13:35
10 İyul 13:32
10 İyul 13:31
10 İyul 13:24
10 İyul 13:16
10 İyul 13:12
10 İyul 13:11
10 İyul 13:07
10 İyul 13:04
10 İyul 12:59
10 İyul 12:57
10 İyul 12:53
10 İyul 12:50
10 İyul 12:46
10 İyul 12:41
10 İyul 12:36
10 İyul 12:33
10 İyul 12:30
10 İyul 12:30
10 İyul 12:23
10 İyul 12:21
10 İyul 12:17
10 İyul 12:15
10 İyul 12:02
10 İyul 12:00
10 İyul 11:55
10 İyul 11:53
10 İyul 11:48
10 İyul 11:44
10 İyul 11:41
10 İyul 11:37
10 İyul 11:33
10 İyul 11:20
10 İyul 11:14
10 İyul 11:13
10 İyul 11:00
10 İyul 10:41
10 İyul 10:16
10 İyul 10:12
10 İyul 09:56
10 İyul 09:49
10 İyul 09:28
10 İyul 09:14
10 İyul 09:01
10 İyul 08:58
10 İyul 08:48
10 İyul 08:41
10 İyul 08:39
10 İyul 08:37
10 İyul 08:31
10 İyul 08:26
10 İyul 08:23
10 İyul 08:15
10 İyul 08:10
10 İyul 08:06
10 İyul 07:11
10 İyul 07:08
10 İyul 07:06
9 İyul 23:58
9 İyul 23:25
9 İyul 22:43
9 İyul 22:35
9 İyul 22:07
9 İyul 22:04
9 İyul 21:57
9 İyul 21:03
9 İyul 20:13
9 İyul 19:21
9 İyul 19:06
9 İyul 18:58
9 İyul 18:45
9 İyul 18:35
9 İyul 18:31
9 İyul 18:20
9 İyul 18:17
9 İyul 18:15
9 İyul 18:10
9 İyul 18:01
9 İyul 17:58
9 İyul 17:55
9 İyul 17:52
9 İyul 17:36
9 İyul 17:19
9 İyul 17:16
9 İyul 17:14
9 İyul 17:11
9 İyul 17:01
9 İyul 16:39
9 İyul 16:23
9 İyul 16:15
9 İyul 16:12
9 İyul 16:09
9 İyul 16:02
9 İyul 15:54
9 İyul 15:47
9 İyul 15:39
9 İyul 15:39
9 İyul 15:28
9 İyul 15:03
9 İyul 14:59
9 İyul 14:43
Ən son xəbərləri səhifəmizdən də izləyin