BURADA REKLAMINIZ OLA
BİLƏR

Şahbuzda tank əleyhinə qumbaraatanın idarəetmə mühərriki aşkarlandı - VİDEO

Şahbuz rayonunda hərbi sursat aşkarlanıb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən rayon ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

 

Məlumat əsasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri dərhal hadisə yerinə cəlb ediliblər.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə təhlükəsizlik tədbirləri görüldükdən sonra əraziyə baxış keçirilib. Baxış zamanı aşkar edilən sursatın 1 ədəd “RPQ-7” tipli tank əleyhinə qumbaraatanın idarəetmə mühərriki olduğu müəyyənləşdirilib.

 

Aşkarlanan sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi məqsədilə götürülərək ərazidən kənarlaşdırılıb.

 

Tarix: 17 İyun 2026, 11:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin