BURADA REKLAMINIZ OLA
BİLƏR

“Xırdalan nəzarətə götürülməlidir” - Kəmalə Ağazadədən çağırış

“Abşeron rayonu Bakıya üz tutan bir çox region əhalisinin məskunlaşdığı ərazidir. Əsasən də məskulaşma daha çox Xırdalan şəhərinin payına düşüb. Buna görə də daha çox yeniyetmə və gənclərin “formalaşdığı” ərazi Xırdalandır. Xırdalanı ciddi nəzarətə götürməyin zamanıdır”.

 

Pravda.az xəbər verir ki, bunu "Azərbaycan Uşaqlar" İctimai Birliyinin sədri Kəmalə Ağazadə social şəbəkədə bildirib.

 

O qeyd edib ki, evdən qaçanların bir çoxu Xırdalan ərazisində aşkarlanır:

 

“Bizim sığınacağa yerləşdirilən uşaqların 70%-i Xırdalan ərazisində ən azı bir dəfə ünsiyyətə keçmək üçün "TikTok"da tanışlıq vasitəsi ilə bura baş vuranlardır. Orada isə narkotik, fahişəlik “keyfinin” az da olsa, dadına baxırlar. Evdən qaçanların bir çoxu bu ərazidə aşkarlanır...Özü də daha çox azyaşlılar kafe və çayxanalarda aşkarlanır. Hətta işçi kimi... Həyəcan təbilini çalmaq üçün geçikirik”.

Tarix: 18 İyun 2026, 15:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin