BURADA REKLAMINIZ OLA
BİLƏR

Neft bahalaşdı

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,72 dollar artaraq 80,57 dollara yüksəlib. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında isə “Light” markalı neftin bir bareli 0,94 dollar bahalaşaraq 77,54 dollar olub.

 

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti 2,89 dollar və ya 3,61 faiz artaraq bir barel üçün 82,95 dollara çatıb.

 

Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelin qiyməti 2,86 dollar və ya 3,67 faiz bahalaşaraq 80,74 dollar təşkil edib.

 

“URALS” markalı xam neftin qiyməti 2,76 dollar və ya 5,31 faiz artaraq 54,71 dollara yüksəlib.

 

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neft isə 2,82 dollar və ya 3,64 faiz bahalaşaraq bir barel üçün 80,32 dollara çatıb.

 

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

 

Tarix: 20 İyun 2026, 10:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin