BURADA REKLAMINIZ OLA
BİLƏR

Göygöldə mikroavtobus aşdı - YENİLƏNDİ

Göygöl rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 20.06.2026-cı il tarixində saat 05:50 radələrində 3 nəfər (2 kişi, 1 qadın) Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

 

Bu barədə TƏBİB-dən bildirilib.

 

Məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

 

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

 

***

 

10:46

 

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

 

Qəza Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan “QAZel” markalı mikroavtobus idarəetmədən çıxaraq yolun kənarına aşıb.

 

Hadisə nəticəsində mikroavtobusda olan 4 nəfər, 2011-ci il təvəllüdlü A.Hüseynquliyev, 1970-ci il təvəllüdlü M.Quliyeva, 2006-cı il təvəllüdü Ş.Qurbanov və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

 

Məlumata görə, mikroavtobus fəhlələri istixanaya apararkən qəzaya düşüb. İlkin ehtimala əsasən, qəza nəqliyyat vasitəsinin qarşısına it çıxması səbəbindən baş verib.APA

Tarix: 20 İyun 2026, 10:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin