BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rusiyada koronavirusa qarşı peyvənd könüllü olacaq” - Nazir

“Yeni növ koronavirusa qarşı peyvənd könüllü olacaq”.

Pravda.az-ın xəbərinə görə, bunu Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bu gün keçirdiyi brifinqdə deyib.

“Tibb işçiləri də könüllü peyvənd olunacaqlar”, - deyə nazir vurğulayıb.

M. Muraşko qeyd edib ki, bütün hallarda peyvəndlənmə könüllü olacaq.

Qeyd edək ki, avqustun 11-də Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 infeksiyasına qarşı peyvənd qeydiyyatdan keçib. Sputnik-V adını alan peyvənd Rusiyanın Hamaley adına epidemiologiya və mikrobiologiya Mərkəzi tərəfindən hazırlanıb.APA

Tarix: 12 Avqust 2020, 12:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin