BURADA REKLAMINIZ OLA
BİLƏR

Bazar günü hava necə olacaq?

Ölkə ərazisində sabaha gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə iyunun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 21-24°,  gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

 

Azərbaycanın dağlıq və dağətəyi rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 21-26°,  gündüz 31-36° isti, dağlarda gecə 9-14°, gündüz 19-24°, bəzi yerlərdə 26-29° isti olacaq.

Tarix: 20 İyun 2026, 13:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin