BURADA REKLAMINIZ OLA
BİLƏR

XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı vətəndaşlara növbəti dəfə müraciət edib.

 

Nazirliyin yaydığı məlumata görə, aparılan geniş maarifləndirmə işlərinə və küləkli hava şəraitində, eləcə də qeyri-çimərlik ərazilərində çimməyin təhlükələri barədə edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşların təhlükəsizlik qaydalarına laqeyd yanaşması ağır nəticələrə səbəb olur.

 

Ötən gün Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən, “Daçnik” kimi tanınan nəzarətsiz ərazidə və küləkli hava şəraitində baş vermiş sudabatma hadisəsi qaydalara riayət etməyin vacibliyini bir daha göstərir.

 

FHN vətəndaşları küləkli havada dənizə girməməyə, qeyri-çimərlik ərazilərində çimməməyə və xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl etməyə çağırıb.

 

Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir!

 

Nazirlik xatırladıb ki, təhlükə zamanı 112 qaynar xəttinə zəng etmək lazımdır.

Tarix: 22 İyun 2026, 08:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin