BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu həftə 4 iş günü olacaq

Azərbaycanda rəsmi təqvimlə müəyyən edilmiş bayram günləri ilə əlaqədar olaraq bu həftə iş qrafikində dəyişiklik baş verəcək. Ölkə ərazisində fəaliyyət göstərən dövlət və özəl sektor müəssisələrində çalışanlar üçün həftəlik iş günlərinin sayı azaldılaraq 4 gün olacaq.

 

Belə ki, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü builki təqvimdə cümə gününə düşür.

 

Pravda.az xəbər verir ki, Əmək Məcəlləsinə əsasən, Silahlı Qüvvələr Günü rəsmi qeyri-iş günü hesab edildiyi üçün həmin tarixdə ölkə üzrə qeyri-iş günüdür.

 

27 və 28 iyun tarixləri şənbə və bazar günlərinə təsadüf edir.

 

Beşgünlük iş həftəsi ilə çalışan vətəndaşlar üçün ardıcıl 3 gün istirahət etmək imkanı yaranır.  

 

Qeyd edək ki, iyunun 25-i iş saatının bir saat qısaldılması gözlənilir.

Tarix: 22 İyun 2026, 11:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin