BURADA REKLAMINIZ OLA
BİLƏR

Salyanda yol qəzası: 5 nəfər xəsarət aldı

Salyanda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

 

Hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

“Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində Sabirabad rayon sakini, 1984-cü il təvəllüdlü Səbuhi Həsənov, Salyan rayon sakinləri - 1991-ci il təvəllüdlü Könül Eminova, 1964-cü il təvəllüdlü Sevil Məmmədova, 1965-ci il təvəllüdlü Gülxar Abdulova və 1988-ci il təvəllüdlü Elnarə Mehdiyeva xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.APA

Tarix: 22 İyun 2026, 14:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin