BURADA REKLAMINIZ OLA
BİLƏR

Güzəştli yollayışdan il ərzində neçə dəfə istifadə etmək olar?

Mövcud qaydalara əsasən, güzəştli yollayışdan il ərzində yalnız bir dəfə istifadə etmək mümkündür. Növbəti təqvim ili üçün yeni yollayışın verilməsinə dair müraciət əvvəlki yollayışın verilməsindən azı 6 ay keçdikdən sonra edilə bilər.

 

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) məlumat verilib.

 

Bildirilib ki, bu yanaşma növbəlilik prinsipini qorumaq, daha çox vətəndaşın sağlamlıq mərkəzlərinin müalicə imkanlarından faydalanmasına şərait yaratmaq məqsədi daşıyır.

Tarix: 23 İyun 2026, 12:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin