BURADA REKLAMINIZ OLA
BİLƏR

Elçin İsmayılov müşavir təyin edildi

"Space" Müstəqil Teleradio Şirkətində kadr dəyişikliyi olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, Elçin Rəhman oğlu İsmayılov şirkətin baş direktoru Ayaz Mustafayevin müşaviri vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, E. İsmayılov Azərbaycan Dillər Universitetinin məzunudur. O, müxtəlif özəl şirkətlərdə və bank sektorunda kreativ və kommunikasiya sahələri üzrə baş mütəxəssis, eləcə də direktor vəzifələrində fəaliyyət göstərib.

 

Yeni təyinatla Elçin İsmayılov "Space" televiziyasında idarəetmə və kommunikasiya istiqamətləri üzrə fəaliyyətini davam etdirəcək.

Tarix: 23 İyun 2026, 20:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin