BURADA REKLAMINIZ OLA
BİLƏR

"Caspian İnternational Hospital"ın direktoru "Intagram" reklamına görə cərimələndi

"Caspian International Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Cəbrayıl Abbasov "Instagram” sosial şəbəkəsində reklama görə cərimələnib. Qaynarinfo-nun məlumatına görə, buna səbəb klinikaya məxsus "caspianinternationalhospital” adlı Instagram səhifəsində ginekoloq Lalə Kılıçın təqdimatında süni mayalanma xidmətinin reklamının yayımlanması olub.

 

Hadisə ilə bağlı "Caspian International Hospital” MMC-nin direktoru Abbasov Cəbrayıl Nemət oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi (reklamı qadağan olunmuş məhsulların, texnikanın və xidmətlərin reklamı, habelə reklam yayımı qaydalarının pozulması) üzrə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

 

Məhkəmədə klinikanın 2026-cı il üçün özəl tibb fəaliyyəti üzrə lisenziyada nəzərdə tutulmayan ekstrakorporal süni mayalanma xidmətinin reklamını həyata keçirdiyi faktı təsdiqini tapıb.

 

Məhkəmənin qərarına əsasən, Cəbrayıl Abbasov İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə təqsirli bilinib və 300 manat məbləğində cərimə edilib.

Tarix: 23 İyun 2026, 20:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin