BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakının bu ərazilərində 3 saat işıq olmayacaq

Paytaxtın Yasamal və Nizami rayonlarının bəzi ərazilərinin elektrik təminatında məhdudiyyət yaranacaq.

 

Bu barədə “Azərişıq” ASC-nin Mətbuat Xidməti məlumat yayıb.

 

İyunun 24-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Zərgərpalan, Lev Tolstoy, Süleyman Tağızadə, Həzi Aslanov, Əlövsət Quliyev küçələri, Azərbaycan prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq/

 

Həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-də icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Elşən Süleymanov və Rüstəm Rüstəmov küçələrinin bəzi hissələrini əhatə edəcək.

 

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Tarix: 24 İyun 2026, 01:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin