BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərdəkanda 3 gün əvvəl dənizdə batanlardan sonuncu şəxsin meyiti tapıldı

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun meyiti sahildə aşkar edilib.

 

Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

 

Qeyd edək ki, iyunun 22-də Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb.

 

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilər tərəfindən 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun, 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun, 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyitləri suda tapılıb çıxarılıb.

 

2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları davam etdirdi.

Tarix: 25 İyun 2026, 09:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin