BURADA REKLAMINIZ OLA
BİLƏR

Elçin Quliyev azadlığa buraxıldı

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN-red) Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev uzunmüddətli həbsdən sonra azadlığa çıxıb. Pravda.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, general 10 il 6 aylıq həbs müddətini başa vurub.

 

O, cəzasını sona qədər 9 saylı cəzaçəkmə müəssisəsində, ciddi rejim şəraitində çəkib.

 

Qeyd edək ki, MTN-in vaxtlarında yüksək vəzifələrdə çalışan E.Quliyev 2015-ci ildə həbs edilib. O, rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və başqa ağır cinayətlərdə təqsirli bilinib.

Tarix: 25 İyun 2026, 10:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin