BURADA REKLAMINIZ OLA
BİLƏR

Ötən ay banklara sürətli pul köçürmə sistemləri vasitəsilə bu qədər vəsait daxil olub

Bu ilin may ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 189.7 milyon manat vəsait daxil olub.

 

Pravda.az bununla bağlı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

 

Hesabat ayında banklardan xaricə göndərilən vəsaitin həcmi isə 39.7 milyon manat təşkil edib.

 

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 758.8 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 490.4 milyon manata bərabər olub.

Tarix: 25 İyun 2026, 10:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin