BURADA REKLAMINIZ OLA
BİLƏR

Dollar gücləndi - qızıl kəskin ucuzlaşdı

Əmtəə birjalarda qızılın qiyməti itkilərini artıraraq son 7 ayın ən aşağı səviyyəsinə yaxınlaşıb.

 

Pravda.az xəbər verir ki, qızılın bir troya unsiyasının qiyməti hazırda Nyu-Yorkun COMEX əmtəə birjasında 3984 dollardır. Bu, 2025-ci ilin noyabr ayından bəri ən aşağı göstəricidir.

 

Ekspertlərin fikrincə, dolların dəyər qazanması qiymətli metalların qiymətinə aşağı istiqamətli təzyiq göstərir. Eyni zamanda, ABŞ-də uçot dərəcəsinin artırılacağı ilə bağlı gözləntilər də əmtəə bazarlarına təsirsiz ötüşmür.

 

Qızıl ənənəvi olaraq inflyasiyaya qarşı hedcinq kimi qəbul edilsə də, yüksək faiz dərəcəsi mühitində cəlbediciliyini itirir, çünki heç bir gəlir gətirmir. Dollar indeksi son 13 ayın ən yüksək səviyyəsinə yüksəlib və bu da qızılı beynəlxalq alıcılar üçün daha bahalı edir.

 

Digər qiymətli metallardan gümüş və platinin qiymətində də ucuzlaşma qeydə alınıb.

Tarix: 25 İyun 2026, 10:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin