BURADA REKLAMINIZ OLA
BİLƏR

Dərmanları eyni saatda qəbul etmək niyə vacibdir?

Dərmanların təsiri günün hansı vaxtında qəbul edilməsindən asılı olaraq dəyişə bilər. Bunun əsas səbəbi orqanizmin bioloji saatıdır. Qaraciyərdə dərmanları parçalayan fermentlərin fəaliyyəti səhər saatlarında daha yüksək olduğundan bəzi preparatlar daha tez metabolizə olunur, axşam isə onların təsiri daha uzun davam edə bilər.

 

Rusiyalı həkim, kimya elmləri namizədi Aleksey Panovun sözlərinə görə, təzyiq dərmanları çox vaxt axşam qəbul edildikdə daha effektiv olur, statinlər isə gecə xolesterin sintezinin artdığı dövrdə daha yaxşı nəticə verir. Eyni zamanda, bəzi dərmanlarda qəbul vaxtının dəyişdirilməsi təhlükəli ola bilər, çünki onların qandakı səviyyəsinin az və ya çox olması həm təsiri azaldır, həm də yan təsir riskini artırır.

 

Həkimlər dərmanların istifadə qaydalarına əməl etməyi və qəbul vaxtını həkim məsləhəti olmadan dəyişməməyi tövsiyə edirlər.milli.az

 

Tarix: 25 İyun 2026, 15:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin