BURADA REKLAMINIZ OLA
BİLƏR

Nərmin Babayeva bu qurumda yüksək vəzifəyə təyin olundu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinə müdir təyinatı olub.

 

Müvafiq əmrlə bu vəzifəyə Nərmin Babayeva təsdiqlənib.

 

N.Babayeva indiyədək mərkəzin müdir müavini vəzifəsində çalışıb və mərkəzin müdiri vəzifəsini müvəqqəti icra edib.

 

Xatırladaq ki, daha əvvəl mərkəzə Tünzalə Qocayeva rəhbərlik edib. O, ötən ilin noyabrında İnstitutun İdarə Heyətinin sədrinin müavini təyin olunub. İqtisadiyyat.az

Tarix: 25 İyun 2026, 17:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin