BURADA REKLAMINIZ OLA
BİLƏR

Baxça müdiri otağında döyüldü: keçmiş əri həbs olundu

Tovuzda uşaq baxçasının müdirəsi iş otağında döyülüb.

 

Lent.az xəbər verir ki, hadisə Dönük Qırıqlı kəndində yerləşən uşaq baxçası körpələr evində qeydə alınıb.

 

Məlumata görə, 50 yaşlı Elçin Səfərov (ad və soyad şərtidir) baxçaya gəlib. Burada müəssisənin müdirəsi, keçmiş arvadı olan Şəfiqə ilə (şərti adla) aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, əvvəl qadını boğub, sonra isə kürəyinə bıçaqla bir neçə dəfə vuraraq, xəsarət yetirib.

 

Faktla bağlı Elçin Səfərov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə protokol tərtib olunub.

 

Məhkəmənin qərarı ilə Elçin Səfərov 1 ay müddətinə inzibati qaydada həbs olunub.

Tarix: 25 İyun 2026, 18:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin