BURADA REKLAMINIZ OLA
BİLƏR

Binəqədidə içməli sudan pis qoxu gəlir - VİDEO

İçməli sudan kəskin qoxu gəlir...

 

Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi yeni yaşayıəş massivinin sakinləri iddia edirlər ki, qəsəbədən keçən çirkab su içməli suya qarışıb.

 

Sakinlər iddia edirlər ki, suyun təyziqinin  aşağı olması və kəskin qoxu ilə bağlı aidiyyəti qurumların qaynar xəttinə müraciət ediblər, amma nəticə dəyişməyib.

 

İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirldi ki, hazırda araşdırma aparılır. Suyun tərkibi və keyfiyyəti gündəlik və həftəlik  analiz edilir. Göstəricilər standartlara tam uyğundur. Araşdırmanın nəticəsinə uyğun olaraq əlavə tədbir görüləcək. Qurumdan bildirilib ki, mövsüm keçidi ilə əlaqəli su təminatı sistemində bərpa və yeniləmə işləri aparılır.Anbarlardan qəbul edilən suyun miqdarını və sutəmizləyici qurğuların məhsuldarlığını artırmaq məqsədi ilə texniki işlər icra edilir. Bu məqsədlə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb.

 

Tarix: 25 İyun 2026, 22:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin