“AZCON Holding” şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasına ilk yeni nəsil “Airbus A321neo” təyyarəsini əlavə edib. Təyyarə 25 iyun tarixində Hamburq şəhərində keçirilən tədbirdə təhvil alınıb.
AZAL-dan Pravda.az- bildirilib ki, sözügedən yeni nəsil hava gəmisinin donanmaya qoşulması ilə AZAL-ın donanmasında “Airbus “A319ceo”, “A320ceo”, “A320neo” və “A321neo” tipli təyyarələr istismar olunur.
Yeni nəsil “Airbus A321neo”nun təyyarə parkına daxil edilməsi AZAL-ın donanmanın modernləşdirilməsi strategiyası çərçivəsində növbəti mühüm mərhələdir. Yeni təyyarə yüksək tələbat olan istiqamətlərdə sərnişindaşıma imkanlarının genişləndirilməsinə, əməliyyat səmərəliliyinin yüksəldilməsinə və sərnişinlərə təqdim olunan xidmət keyfiyyətinin daha da təkmilləşdirilməsinə töhfə verəcək. Eyni zamanda, hava gəmisinin istismara verilməsi AZAL-ın marşrut şəbəkəsinin gələcək inkişafı və genişləndirilməsi üçün əlavə çeviklik imkanları yaradacaq.
“Airspace” salon konsepsiyası yeni nəsil “Airbus A321neo” təyyarəsində sərnişin rahatlığının yeni standartını təqdim edir. Təyyarə sərnişinlərə daha geniş və komfortlu salon təcrübəsi təqdim edən müasir interyer, fərdiləşdirilə bilən salon işıqlandırması, böyüdülmüş pəncərələr, tam LED işıqlandırma sistemi və genişləndirilmiş əl yükü bölmələri ilə təchiz olunub. Bununla yanaşı, əvvəlki nəsil təyyarələrlə müqayisədə “Airbus A321neo” hər oturacaq üzrə təxminən 20 faiz daha az yanacaq sərfiyyatı və karbon emissiyası təmin edir, eyni zamanda 7 400 kilometrədək uçuş məsafəsinə malikdir.
Təkkeçidli təyyarələr seqmentində ən geniş salonlardan birinə malik olan yeni nəsil “Airbus A321neo” 191 sərnişin tutumuna sahibdir. Təyyarə ən son nəsil bortdaxili əyləncə sistemi (IFE) və yüksək sürətli “Wi-Fi” xidməti ilə təchiz olunub. Bu isə sərnişinlərə uçuş müddətində rəqəmsal xidmətlərdən istifadə etməyə, bortdaxili əyləncə xidmətlərindən faydalanmağa və daim əlaqədə qalmağa imkan verir.
Bu yaxınlarda daha bir yeni nəsil Airbus A320neo təyyarəsinin donanmaya qoşulmasının ardınca Airbus A321neo-nun da istismara verilməsi AZAL-ın müasir və yanacaq sərfiyyatı baxımından səmərəli təyyarə parkının inkişafına verdiyi önəmi bir daha təsdiqləyir.
Qeyd edək ki, uzunmüddətli inkişaf strategiyası çərçivəsində AZAL 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı planlaşdırır. Cari ilin sonunadək aviaşirkət daha bir neçə yeni hava gəmisinin təhvil alınmasını gözləyir. Bununla da 2026-cı ildə donanmaya daxil olan yeni təyyarələrin sayı səkkizə çatacaq ki, bu da AZAL tarixində bir il ərzində qeydə alınan ən irimiqyaslı donanma yenilənməsi olacaq.
Bu, aviaşirkətin marşrut şəbəkəsinin genişləndirilməsi planlarını dəstəkləməklə yanaşı, AZAL-ın regionun aparıcı hava daşıyıcılarından biri kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək.
5 Oktyabr 22:02
5 Oktyabr 21:59
5 Oktyabr 21:22
5 Oktyabr 19:18
5 Oktyabr 19:12
5 Oktyabr 19:04
5 Oktyabr 18:45
5 Oktyabr 18:43
5 Oktyabr 18:33
5 Oktyabr 18:28
5 Oktyabr 18:25
5 Oktyabr 18:22
5 Oktyabr 18:21
5 Oktyabr 18:14
5 Oktyabr 18:11
5 Oktyabr 18:07
5 Oktyabr 18:01
5 Oktyabr 17:51
5 Oktyabr 17:46
5 Oktyabr 17:43
5 Oktyabr 17:40
5 Oktyabr 17:35
5 Oktyabr 17:34
5 Oktyabr 17:28
5 Oktyabr 17:10
5 Oktyabr 17:07
5 Oktyabr 17:00
5 Oktyabr 16:51
5 Oktyabr 16:49
5 Oktyabr 16:48
5 Oktyabr 16:41
5 Oktyabr 16:30
5 Oktyabr 16:29
5 Oktyabr 16:27
5 Oktyabr 16:20
5 Oktyabr 16:13
5 Oktyabr 16:11
5 Oktyabr 16:04
5 Oktyabr 15:54
5 Oktyabr 15:38
5 Oktyabr 15:23
5 Oktyabr 15:23
5 Oktyabr 15:21
5 Oktyabr 15:16
5 Oktyabr 15:13
5 Oktyabr 15:10
5 Oktyabr 15:02
5 Oktyabr 14:58
5 Oktyabr 14:40
5 Oktyabr 14:33
5 Oktyabr 14:21
5 Oktyabr 14:19
5 Oktyabr 14:15
5 Oktyabr 14:12
5 Oktyabr 14:08
5 Oktyabr 14:06
5 Oktyabr 14:00
5 Oktyabr 13:45
5 Oktyabr 13:42
5 Oktyabr 13:36
5 Oktyabr 13:35
5 Oktyabr 13:22
5 Oktyabr 12:58
5 Oktyabr 12:53
5 Oktyabr 12:51
5 Oktyabr 12:48
5 Oktyabr 12:38
5 Oktyabr 12:37
5 Oktyabr 12:30
5 Oktyabr 12:27
5 Oktyabr 12:20
5 Oktyabr 12:15
5 Oktyabr 12:12
5 Oktyabr 12:08
5 Oktyabr 12:01
5 Oktyabr 11:53
5 Oktyabr 11:45
5 Oktyabr 11:43
5 Oktyabr 11:38
5 Oktyabr 11:31
5 Oktyabr 11:22
5 Oktyabr 11:15
5 Oktyabr 11:14
5 Oktyabr 11:11
5 Oktyabr 11:11
5 Oktyabr 11:09
5 Oktyabr 11:07
5 Oktyabr 11:00
5 Oktyabr 10:57
5 Oktyabr 10:50
5 Oktyabr 10:45
5 Oktyabr 10:38
5 Oktyabr 10:36
5 Oktyabr 10:28
5 Oktyabr 10:19
5 Oktyabr 10:16
5 Oktyabr 10:14
5 Oktyabr 09:41
5 Oktyabr 09:39
5 Oktyabr 09:34
5 Oktyabr 09:34
5 Oktyabr 08:59
5 Oktyabr 08:57
5 Oktyabr 08:48
5 Oktyabr 08:43
5 Oktyabr 08:33
5 Oktyabr 08:28
5 Oktyabr 07:50
5 Oktyabr 07:48
5 Oktyabr 06:56
5 Oktyabr 01:13
5 Oktyabr 01:09
5 Oktyabr 01:07
5 Oktyabr 00:15
4 Oktyabr 23:06
4 Oktyabr 22:45
4 Oktyabr 21:42
4 Oktyabr 20:42
4 Oktyabr 19:29
4 Oktyabr 18:40
4 Oktyabr 16:14
4 Oktyabr 16:09
4 Oktyabr 14:59
4 Oktyabr 12:33
4 Oktyabr 12:26
4 Oktyabr 12:14
4 Oktyabr 12:12
4 Oktyabr 11:18
4 Oktyabr 11:08
4 Oktyabr 11:08
4 Oktyabr 09:23
4 Oktyabr 09:20
4 Oktyabr 09:19
4 Oktyabr 00:47
4 Oktyabr 00:45
4 Oktyabr 00:44
4 Oktyabr 00:43
4 Oktyabr 00:40
3 Oktyabr 20:34
3 Oktyabr 20:33
3 Oktyabr 20:30
3 Oktyabr 19:30
3 Oktyabr 19:12
3 Oktyabr 17:40
3 Oktyabr 17:09
3 Oktyabr 16:28
3 Oktyabr 15:56
3 Oktyabr 15:21
3 Oktyabr 14:21
3 Oktyabr 14:10
Ən son xəbərləri səhifəmizdən də izləyin