BURADA REKLAMINIZ OLA
BİLƏR

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyunun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

 

Bu barədə Pravda.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Gəncə, Ağstafa, Qazax, Naftalan, Goranboy, Daşkəsən, Neftçala, Salyan, Şirvan, Şabran, Xızı, Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

 

Ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Tarix: 26 İyun 2026, 12:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin