BURADA REKLAMINIZ OLA
BİLƏR

Liftin işləməməsi səbəbibdən evlərindən çıxa bilmirlər - VİDEO

Lift var, amma işləmir... Görüntülər Atatürk prospekti 41 ünvanındakı binadandır...

 

9 mərtəbəli 96 mənzilli iki bloklu binanın sakinləri yuxarı mərtəbələr çıxmaqda çətinlik çəkirlər. Sakinlər iddia edirlər ki, liftin işləməməsi səbəbindən bəzən günlərlə evdən bayıra çıxa bilmirlər.

 

Binanın 90 yaşlı sakini Qələndər Çobanzadə deyir ki, 8-ci mərtəbədə yaşayır. Problemin həlli üçün dəfələrlə "Lift-Təmir" İstesalat Birliyinə müraciət etmələrinə baxmayaraq nəticə dəyişməyib.

 

“Xəzər Xəbər”in məsələyə müdaxiləsindən sonra Bakı Lift-Təmir İstehsalat Birliyinin qəza briqadası, eləcə də Enerji Təchizatı və Satışı İdarəsi əməkdaşlarının səyi nəticəsində lift işlək vəziyyətə gətirilərək yenidən sakinlərin istifadəsinə verilib.

 

Tarix: 26 İyun 2026, 22:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin