BURADA REKLAMINIZ OLA
BİLƏR

Nizami rayonunun bəzi ərazilərində işıq olmayacaq

Bakının Nizami rayonunun bəzi ərazisində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

 

İyunun 29-da Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Qapalı Paylayıcı Qurğularda (QPQ) təmir-təftiş işləri aparılacaq.

 

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Mikayıl Əliyev küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

 

Təmir işləri yekunlaşdıqdan sonra həmin küçə daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Tarix: 29 İyun 2026, 07:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin