BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir - PROQNOZ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

 

Rəsədxanadan Pravda.az-a  bildirilib ki, hesabat dövründə Günəş fəallığı zəif olub və C sinif alışmalar qeydə alınıb. Günəşin səthində 6 ləkə qrupunda 112 ləkə və cənub qütbü yaxınlığında tac dəliyi müşahidə olunur.

 

Günəş küləyinin maksimal sürəti saniyədə 729 kilometrədək artıb.

 

İyulun 5-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 50 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faizdir.

 

Enerjisi 2 MeV-dən çox olan elektron selinin yüksək səviyyələrdə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.

 

Günəşi iyunun 26-da tərk etmiş tac kütlə atılmalarının təsirilə iyunun 29-30-da zəif (G1) geomaqnit qasırğası olması ehtimalı var. Bu təsirə bağlı olaraq iyulun 1-də geomaqnit sahəsi aktiv və qeyri-sabit səviyyələr arasında dəyişə bilər.

Tarix: 29 İyun 2026, 14:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin