BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir: İmtahan çətin olmayıb - kimlərə çətin görünürsə...

Sertifikatlaşdırma imtahanları çətin olmayıb.

 

Bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.

 

Nazir bildirib ki, hər bir fəndən 60 ballıq şkala üzrə orta nəticənin 30 baldan yuxarı olması sertifikatlaşdırma imtahanlarının çətin olmadığını göstərir.

 

Onun sözlərinə görə, imtahanın kimlərəsə çətin görünməsi onların fənn bilikləri ilə bağlıdır.

 

“Bizim sertifikatlaşdırma imtahanımız çətin olmayıb. İmtahanla bağlı heç bir problem yoxdur", – Emin Əmrullayev vurğulayıb.APA

Tarix: 30 İyun 2026, 10:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin