BURADA REKLAMINIZ OLA
BİLƏR

50-70 faiz şagirdin minimal təhsil standartlarına cavab vermədiyi siniflər var - sayları az deyil

IV və VI siniflər üzrə monitorinqlərdə narahatedici nəticələr qeydə alınıb.

 

Bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.

 

Nazir bildirib ki, IV və VI siniflər üzrə keçirilən monitorinqlərin nəticələrinə əsasən, bəzi siniflərdə şagirdlərin 50-70 faizi minimal təhsil standartlarına cavab vermir.

 

Onun sözlərinə görə, belə siniflərin sayı az deyil.

 

“Şagirdlərin həmin siniflərdə minimal nəticələrə belə cavab verməməsinin bir neçə səbəbi var”, – Emin Əmrullayev qeyd edib.

Tarix: 30 İyun 2026, 11:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin