BURADA REKLAMINIZ OLA
BİLƏR

Göldən tapılan həkim şəhid qızı imiş - atası ilə eyni yaşda...

Xəbər verdiyimiz kimi, ötən gün Goranboyda həkimin meyiti göldən tapılıb.

 

Pravda.az Unikal.az-a istinadla xəbər verir ki, meyiti tapılan 53 yaşlı Sevda Nəbiyeva şəhid qızıdır.

 

Mərhumun atası Nəbiyev Camal Abbasəli oğlu 1991-ci il fevralın 15-də 53 yaşında şəhid olub.

 

C.Nəbiyev Goranboy rayonunun Baş Qışlaq kəndindən dağ yolu ilə Xanlar (indiki Göygöl) rayonunun Sarısu kəndinə gedərkən, Buzluq kəndinin yaxınlığından keçən aşırımda 40-50 metr məsafədən ermənilər tərəfindən avtomat və digər odlu silahlardan atəşə tutularaq qətlə yetirilib.

Tarix: 2 İyul 2026, 11:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin