BURADA REKLAMINIZ OLA
BİLƏR

Ləman Ələşrəfqızının pulu geri qaytarıldı - hadisəni törədən saxlanıldı

Kiberdələduzluğun qurbanı olan tanınmış jurnalist Ləman Ələşrəfqızının pulu geri qaytarılıb.

 

Pravda.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında yazıb.

 

O bildirib ki, 2 İyul - Polis Günündə Daxili İşlər Nazirliyinin əməkdaşları kiberdələduzu saxlayıb:

 

"DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən İsfəndiyar Abbasov zəng etdi, kiberdələduzun saxlanıldığını bildirdi. Pulum karta qaytarıldı. Cinayətkarın kimliyini hələlik bilmirəm, amma düşünürəm ki, onunla üzləşmək imkanım olacaq”.

 

O, nazir Vilayət Eyvazova, DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyevə və DİN-in bu işdə əməyi keçən bütün əməkdaşlarına minnətdarlığımı bildirib.

 

Qeyd edək ki, iyulun 1-də kibercinayətkar "Telegram” üzərindən Ümid Partiyasının sədri İqbal Ağazadənin adından istifadə edərək yurnalistin 600 manat məbləğində pulunun öz kartına köçürülməsinə nail olub.

Tarix: 3 İyul 2026, 10:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin