BURADA REKLAMINIZ OLA
BİLƏR

Teymur Kərimov vəfat etdi - FOTO

Aqrar elmləri üzrə fəlsəfə doktoru Teymur Cəlal oğlu Kərimov vəfat edib.

 

Alim ötən gün dünyasını dəyişib.

 

Qeyd edək ki, T.Kərimov Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Meyvə bitkilərinin çoxaldılması texnologiyası şöbəsinin baş elmi işçisi vəzifəsində çalışıb.

 

Mərhum 1940-cı il 10 dekabrda Quba rayonunun İsnov kəndində anadan olub.

 

7 illik kənd məktəbini bitirdikdən sonra Quba kənd təsərrüfatı texnikumunun meyvə-tərəvəzçilik şöbəsini bitirib, Azərbaycan ETB və SBİ Quba Bağçılıq təcrübə stansiyasında fəhlə işləyib.

 

Hərbi xidmətini başa vurduqdan sonra 1964-cü ildən Azərbaycan Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər Elmi-Tədqiqat İnstitutunun aqrokimya laboratoriyasında aqrotexnik vəzifəsində çalışıb.

 

1970-ci ildə Azərbaycan KTA-nın aqronomluq fakultəsini alim aqronom ixtisası ilə bitirib. 1975-1986-cı illərdə Az.ETB və SBİ-da kiçik elmi işçi işləmiş və Az.ETB və SBİ-nin aspiranturasını bitirib.

 

1988-ci ilin noyabr ayında Tbilisi ETBİ-da meyvəçilik ixtisası üzrə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi adına layiq görülüb.

 

62 ildən artıq iş stajı olan alim 45 elmi əsərin müəllifidir.

Fotoları təqdim edirik
Tarix: 3 İyul 2026, 11:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin