BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda və bölgələrdə temperatur yüksəlir - PROQNOZ

Azərbaycanda iyulun 4-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Pravda.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-24°, gündüz 30-34° isti olacaq. Nisbi rütubət gecə 75-80 %, gündüz 50-55 % təşkil edəcək.

 

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 

Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-24°, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 20-25°, bəzi yerlərdə 27-32° isti olacaq.

Tarix: 3 İyul 2026, 13:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin