BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azercell” və “Aztelekom”un departamentləri birləşdirildi

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) şirkətlərindən olan “Aztelekom” MMC və “Azercell” MMC arasında departamentlərin inteqrasiyası həyata keçirilir.

 

“Aztelekom”un Hüquq və Komplayens Departamenti “Azercell”in Hüquq məsələləri şöbəsi ilə vahid idarəetmə altında birləşdirilib. Eyni zamanda, “Aztelekom”un Müştəri xidmətləri departamenti “Azercell”in Müştəri xidmətləri və omni-kanal idarəetmə departamenti ilə birləşdirilib.

 

Vahid hüquq istiqamətinə Rəşad Xıdırov, müştəri xidmətləri istiqamətinə isə Faiq Dadaşov rəhbərlik edir.

 

R.Xıdırov bu vaxta qədər “Azercell”in Hüquq şöbəsinin rəhbəri, F.Dadaşov isə “Azercell”də Müştəri xidmətləri və omni-kanal idarəetmə departamentinin direktoru olub. Plat.az

Tarix: 3 İyul 2026, 17:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin